“Atalanta” “Bavariya” ilə üz-üzə gələcək
UEFA Çempionlar Liqasında bu gün 1/8 final mərhələsinə start verilir.
Sportline.az xəbər verir ki, “Atalanta” Berqamoda “Bavariya” ilə qarşılaşacaq.
İtaliya klubunda Ciakomo Raspadori, Ciorci Skalvini, Şarl De Ketelare və Ederson zədəlidir.
Münhen təmsilçisində Manuel Noyer olmayacaq. Harri Keyn və Alfonso Deyvisin durumuna oyun saatlarında aydınlıq gələcək.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə gecə saat 12-də səsləcək görüşü norveçli Espen Eskas idarə edəcək.