"Atalanta" "Dortmund"da qarşı
UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulur.
Sportline.az xəbər verir ki, "Atalanta" öz meydanın "Borussiya Dortmund"la qarşılaşacaq. İlk oyunda Almaniya klubu rəqibi 2 cavabsız qolla üstələmişdi.
İtaliyadaki qarşılaşmaya revanş hissi ilə çıxan "Atalanta"da iki itki var. Şarl De Ketelare və Ciakomo Raspadori zədəlidir.
Almaniya klubunda isə Niko Şlotterberq, Emre Can, Fillippo Mane və Niklas Süle zədədən əziyyət çəkir.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək görüşü ispaniyalı hakim Joze Maria Sançes Martinez idarə edəcək.