"Atalanta" - PSJ: baş məşqçilərin fikirləri

UEFA Çempionlar Liqasının ¼ finalı Lissabonda keçirilir.

Sportline.az xəbər verir ki, mərhələnin ilk oyununda 1/8 finalda “Valensiya”nı mübarizədən kənarlaşdıran “Atalanta” PSJ ilə qarşılaşacaq. Paris klubu ötən mərhələdə Dortmund “Borussiya”sına qalib gəlib. Heç vaxt üz-üzə gəlməyən komandaların görüşü maraqla gözlənilir. “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini matçın çətin keçəcəyini bildirib.

“Rəqib çox güclüdür. Əla oyunçuları var. Onlar da bizim kimi sürətli futbola üstünlük verirlər. Azarkeşləri fantastik matç gözləyir. Görüş nə qədər çətin olsa da, əlimizdən gələni edəcəyik”.

PSJ-nin baş məşqçisi Tomas Tuhel Lissabona qələbə üçün gəldiklərini bildirib.

“Atalanta” hər ötən mövsüm əla çıxışı ilə diqqət çəkir. Onlara hörmətlə yanaşırıq. Amma qələbə üçün meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Məqsədimin qitə turnirinin fəxri mükafatını qazanmaqdır”.

Qeyd edək ki, “Atalanta” – PSJ matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.