"Atalanta" - "Yuventus": Düşərgələrdəki son durum

Bu gün İtaliya kubokunda 2023/2024 mövsümünün qalibi müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, finalda "Atalanta" ilə "Yuventus" komandaları qarşılaşacaqlar.

Oyunqabağı heç bir komandanın heyətində ciddi itki nəzərə çarpmır. Hər 2 finalçının meydana optimal heyətlərlə çıxması gözlənilir.

"Atalanta" və "Yuventus" 2020/2021 mövsümündə də kubokun finalında qarşı qarşıya gəlmişdilər. O zaman "Qoca sinyora" Kuluşevski və Kyezanın vurduğu qollara 2-1 hesablı qələbə qazanaraq kubokun sahibi olmuşdu.

Qeyd edək ki, "Stadio Olimpiko"da keçiriləcək final qarşılaşması bu gün 23:00-da start götürəcək.