"Atalanta"nı "İnter"ə dəyişə bilər
"İnter" "Atalanta"nın nigeryalı forvardı Ademula Lukmanı heyətinə qatmaq niyyətindədir.
Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Milan klubuna keçməyə razılıq verib.
Lakin son qərarı "Atalanta"nın rəhbərliyi verəcək.
Qeyd edək ki, Lukman ötən mövsüm meydana çıxdığı 40 matçda 20 qol 6 asistlə yadda qalıb.