Atilla Salayi “Fənərbağça”ya qayıtmaq istəyir
“Fənərbağça”nın sabiq futbolçusu Atilla Salayi yenidən “Fənərbağça”da çıxış etmək istəyir.
Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, macarıstanlı futbolçu “Hoffenhaym” klubunda xoşbəxt olmadığı bildirilir.
A.Salayi “Fənərbağça”ya geri qayıtmağa müsbət yanaşır.
26 yaşlı futbolçunun transfer dəyəri 2 milyon avro olaraq təyin edilib.
Qeyd edək ki, Atilla Salayi daha əvvəl “Viyana”, “Apollon”, “Fənərbağça” və “Frayburq”kimi klubların şərəfini qoruyub.