"Atletik"in əfsanəvi futbolçusu Munianin yeni klubu ilə müqavilə imzalayıb

"Atletik"in (Bilbao) sabiq oyunçusu "San Lorenzo" klubuna keçib.

Sportline.az xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb.

31 yaşlı futbolçu ilə Argentina klubu arasında 2025-ci ilin sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Muniain 500-dən çox oyun keçirdiyi "Atletik"i bu yay tərk edib.