"Atletik"in futbolçusu "Arsenal"ın radarına düşüb
"Arsenal" "Atletik Bilbao"nun ispaniyalı futbolçusu Oyan Sanseti heyətinə qatmağı düşünür.
Sportline.az "Just Arsenal" nəşrinə istinadən xəbər verir ki, London klubu mövsümün sonunda Sanset üçün "Atletik Bilbao"ya rəsmi təklif göndərəcək.
24 yaşlı yarımmüdafiəçinin İspaniya klubu ilə müqaviləsi 2032-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Oyan Sanset cari mövsüm çıxış etdiyi 32 matçda 17 qol 3 asistlə yadda qalıb.