"Atletik"in sabiq kapitanı Argentina klubunda
Bilbao "Atletik"inin sabiq kapitanı İker Munyain karyerasını Argentinada davam etdirəcək.
Sportline.az xəbər verir ki, təcrübəli futbolçu "San-Lorenso"nun şərəfini qoruyacaq.
Azad agent statusunda olan 31 yaşlı hücumçu yeni klubu ilə 2025-ci ilin dekabrınadək müqavilə bağlayıb.
Qeyd edək ki, "Atletik"in yetirməsi olan bask futbolçu İspaniyanın başqa komandasının formasını geyinməyəcəyinə söz vermişdi.