"Atletiko" argentinalı futbolçu ilə maraqlanır
"Atletiko Madrid" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "Tottenhem"in argentinalı futbolçusu Kristian Romero "Atlettko"nun maraq dairəsinə düşüb.
Madrid klubu bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Kristian Romero bu mövsüm çıxış etdiyi 23 matçda 1 qol 1 asistlə yadda qalıb.