"Atletiko" argentinalı futbolçunu transfer etmək istəyir

"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço "Atletiko Madrid"in maraq dairəsinə düşüb.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, Madrid klubu Qarnaço üçün qarşı tərəfə 45 milyon avro ödəməyə hazırdır.

20 yaşlı futbolçunun "Mançester Yunayted"lə hazır ki müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Qarnaço bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 49 matçda 10 qol və 8 asistlə yadda qalıb.