"Atletiko" "Arsenal"la heç-heçə etdi

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Sportline.az xəbər verir ki, son gündə Madrid "Atletiko"su London "Arsenal"ını qəbul edib. "Estadio Metropolitano"da keçirilən matçın referisi niderlandlı Denni Makkelie olub.

Sözügedən görüş 1:1 hesabı ilə yekunlaşıb. Maraqlıdır ki, oyunda hər iki qol penaltidən vurulub. Bu komandalar arasında cavab oyunu mayın 5-də İngiltərədə olacaq.

Qeyd edək ki, ötən gecə PSJ evdə "Bavariya"nı üstələyib -5:4.

UEFA Çempionlar Liqası, yarımfinal, ilk oyunlar

29 aprel

"Atletiko" (Madrid, İspaniya) - "Arsenal" (İngiltərə) - 1:1

Qollar: Alvarez, 56-pen. - Qyökereş, 44-pen.

28 aprel

PSJ (Fransa) – "Bavariya" (Almaniya) - 5:4