“Atletiko” “Aston Villa”ya 8 milyon avro ödəməyə hazırdır
"Atletiko Madrid" "Aston Villa"nın fransalı futbolçusu Lukas Dinyeyə təklif göndərib.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu bu keçid üçün qarşı tərəfə 8 milyon avro ödəməyə hazırdır.
31 yaşlı futbolçunun Birmingem klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.