"Atletiko" "Çelsi"yə elçi düşüb
"Atletiko" "Çelsi"nin yarımmüdafiəçisi Konor Qallaxerin xidmətində maraqlıdır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Fabrisio Romano məlumat yayıb.
Onun sözlərinə görə, madridlilər onu heyətə qatmaq istəsələr də, qiymət məsələsində razılığa gələ bilmirlər.
24 ysşlı futbolçu özü də yeni baş məşqçinin gəlişindən sonra "Çelsi"ni tərk etmək niyyətindədir.
Qeyd edək ki, Konor Qallaxer son mövsümdə keçirdiyi 37 oyunda 5 qol, 7 asistlə yadda qalıb.
Transfermarkt portalında onun dəyəri 50 milyon avrodur.