"Atletiko" Çempionlar Liqasında qalib olsa, ...

Madrid "Atletiko"sunun baş məşqçisi Diyeqo Simeone iş yerini dəyişə bilər. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, argentinalı mütəxəssis "İnter"in hədəfindədir. 

Məlumatda qeyd olunur ki, "Atletiko" Çempionlar Liqasında qalib olsa, D.Simeone komanda ilə vidalaşacaq. 2018-ci ilədək müqaviləsi olan mütəxəssisin yarımfinal mərhələsində "Real"a qarşı görüşdən sonra "İnter" rəsmiləri ilə görüşəcəyi bildirilir. Mütəxəssisin üç illik müqavilə imzalayacağı və ilinə 6 milyon avro qazanacağı deyilir.

Qeyd edək ki, D.Simeone futbolçu kimi 1997-1999-cu illərdə "İnter"in şərəfini qoruyub.