"Atletiko" əlcəzayirli futbolçunun xidmətində maraqlıdır
"Atletiko Madrid" "Bayer"in futbolçusu İbrahim Mazanı heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ekrem Konur məlumat yayıb.
20 yaşlı oyunçunun dəyəri 25 milyon avrodur.
Qeyd edək ki, İ.Maza cari mövsüm meydana çıxdığı 32 matçda 4 qol, 5 asistlə yadda qalıb.