"Atletiko" Kostanı ictimaiyyətə təqdim etdi
"Atletiko" iki futbolçusunu ictimaiyyətə təqdim edib.
SportLine.az xəbər verir ki, madridlilər Diyeqo Kosta və Vitolo ilə münasibətləri rəsmiləşdiriblər. La Liqa klubu Vitolo ilə mövsümün əvvəlində, D.Kosta ilə isə payızda razılıq əldə etsə də, transfer qadağası səbəbindən futbolçular komandaya qoşula bilməyiblər.
Qeyd edək ki, Kosta son olaraq “Çelsi”, Vitolo isə “Las Palmas”da çıxış edib.