“Atletiko Madrid” – “Arsenal”: Heyətlərdəki son durum
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları davam edir.
Sportline.az xəbər verir ki, “Atletiko Madrid” “Vanda Metropolitano” stadionunda “Arsenal”la üz-üzə gələcək.
Dieqo Simioenin komandası bu mərhələyə qədər “Tottenhem” və “Barselona”nı mübarizədən kənarlaşdırmışdı.
“Arsenal” isə “Bayer” və “Sportinq”dən üstün olmuşdu.
Heyətlərə nəzər saldıqda meydan sahiblərində əsas itki Joze Maria Ximenezin adı ilə bağlıdır.
“Topçular”da isə Yurien Timber, Rikardo Kalafiori, Mikel Merino və Kay Haverts zədəlidir.
Qeyd edək ki, “Atletiko Madrid” – “Arsenal” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Oyunun ədalət təmsilçisi Danni Makkeli olacaq.