"Atletiko Madrid" "Brügge" səfərində
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları davam edir.
Sportline.az xəbər verir ki, "Atletiko Madrid" Belçikada "Brügge" ilə üz-üzə gələcək.
Heyətlərə nəzər saldıqda meydan sahiblərində Dani van den Heuel və Lind Audor zədəlidir.
Dieqo Simionenin komandasında isə Nikolas Qonzalez və Pablo Barrios olmayacaq.
Qeyd edək ki, "Brügge" - "Atletiko Madrid" görüşü bu gecə saat 12-də başlanacaq. Oyunda söz sahibi isveçli hakim Qlenn Niberq olacaq.