“Atletiko Madrid”in 1 nömrəli hədəfi

"Real Betis"də icarə əsasında çıxış edən brazilyalı futbolçu Antoni Santos "Atletiko Madrid"in transfer hədəfinə çevrilib.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu Antoni üçün "Mançester Yunayted"lə danışıqlara başlayıb.

25 yaşlı vingerin transfer qiyməti 20 milyon avrodur.

Qeyd edək ki, Antoni bu mövsüm çıxış etdiyi 34 matçda 8 qol 4 asist müəllifi olub.