"Atletiko" "Sevilya"nın futbolçusunu transfer etdi
Yeni mövsümə hazırlaşan Madrid "Atletiko"su heyətini gücləndirməkdə davam edir. SportLine.az xəbər verir ki, paytaxt təmsilçisi "Sevilya"nın hücumçusu Kevin Qameyro ilə razılığa gəlib.
Fransalı futbolçu 4 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, 29 yaşlı futbolçunun keçidi 40 milyon avroya başa gəlib.