“Atletiko” “Tottenhem”i qəbul edir

UEFA Çempionlar Liqasında bu gün 1/8 final mərhələsinə start verilir.

Sportline.az xəbər verir ki, “Atletiko Madrid” “Vanda Metropolitano” stadionunda “Tottenhem”lə üz-üzə gələcək.

Dieqo Simionenin komandasında yeganə itki Rodriqo Mendozanın adı ilə bağlıdır.

“Tottenhem” isə heyətlə bağlı ciddi problem yaşıyır Belə ki, “mahmızlar”ın 10 futbolçusu zədəlidir. Ceyms Meddison, Deyan Kulusevski, Ben Deyvis, Desti Udoqi, Dyen Spens, Radu Draquşin, Lukas Berqvall, Rodriqo Bentankur, Mohammed Kuduz və Vilson Odobert komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Atletiko” – “Tottenhem” oyunu bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq. Qarşılaşmada söz sahibi niderlandlı hakim Serdar Gözübüyük olacaq.