"Atletiko" "Tottenhem"in futbolçusunu istəyir
"Atletiko" "Tottenhem"in müdafiəçisi Kristian Romeronun xidmətində maraqlıdır.
Sportline.az xəbər verir ki, madridlilər yay transfer dönəmində bu keçidi həll etmək niyyətindədirlər.
Bu haqda jurnalist Nikolo Skira X sosial şəbəkəsində məlumat paylaşıb.
Mənbənin bildirdiyinə görə, artıq tərəflər arasında danışıqlar başlanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı 18 oyunda 1 qol müəllifidir.