"Atletiko" "Tottenhem"in futbolçusunu transfer etmək istəyir
"Atletiko Madrid" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Times" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem"in uruqvaylı futbolçusu Rodriqo Bentankur "Atletiko Madrid"in transfer hədəfinə çevrilib.
27 yaşlı futbolçunun London klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Bentankur bu mövsüm çıxış etdiyi 38 matçda 2 qol 1 asist müəllifi olub.