"Atletiko" və "Arsenal" transfer yarışına girib
"Real Betis"də icarə əsasında çıxış edən brazilyalı futbolçu Antoni Santos Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.
Sportline.az "UOL Esporte" nəşrinə istinadən xəbər verir ki, "Atletiko Madrid" və "Arsenal" Antonini heyətinə qatmağı planlaşdırır.
25 yaşlı futbolçu müqavilə əsasında İngiltərənin "Mançester Yunayted" klubuna məxsusdur.
Qeyd edək ki, Antoni bu mövsüm çıxış etdiyi 33 matçda 7 qol 4 asistlə yadda qalıb.