"Atletiko"dan xal itkisi, "Real" qalib gəldi

La Liqada 4-cü turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, 2-ci oyun günündə daha 4 matç keçrilib. "Atletiko" səfərdə "Hueska" ilə qolsuz bərabərə qalıb. "Real" isə doğma meydanda "Valyadolid"ə 1:0 hesabı ilə qalib gəlib.

30 sentyabr

“Real” – “Valyadolid” – 1:0
Qol:
 Vinisius, 65

“Hueska” – “Atletiko” – 0:0

“Vilyarreal” – “Alaves” – 3:1
Qollar:
 Alkaser, 13, 67, Moreno, 45-pen – Mendes, 36

“Eybar” – “Elçe” – 0:1
Qol
: Boye, 37

Qeyd edək ki, hazırda "Hetafe" (3 oyun), "Valensiya", "Real" (3 oyun), "Vilyarreal" 7 xalla 1-4-cü pillələri bölüşdürür.