“Atletiko”nun futbolçusu “Fənərbağça”nın radarındadır
“Fənərbağça” Ostervoldenin zədələnməsindən sonra yeni sol cinah müdafiəçisi axtarışına çıxıb.
Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, “Fənərbağça” rəhbərliyi “Atletiko Madrid”in 30 yaşlı brazilyalı futbolçusu Reynildo üçün yanvar ayında İspaniya klubuna 10 milyon avroluq təklif göndərəcəyi bildirilir.
“Atletiko” isə Reynildo üçün 15 milyon avro tələb edir.
Qeyd edək ki, Reynildo 2021-ci ildən etibarən “Atletiko Madrid”də çıxış edir.