"Atletiko"nun gözü brazilyanın futbolçunun üzərindədir
"Atletiko Madrid" "Real Betis"də icarə əsasında çıxış edən brazilyalı futbolçu Antoni Santosu heyətinə qatmaq istəyir.
Sportline.az "Mirror Football" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu bu keçid üçün "Mançester Yunayted"lə danışıqlara başlayıb.
25 yaşlı futbolçunun transfer qiyməti 30 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Antoni bu mövsüm çıxış etdiyi 34 matçda 8 qol 4 asistlə yadda qalıb.