"Atletiko"nun Romero sevdası

"Atletiko Madrid" "Tottenhem"in argentinalı futbolçusu Kristian Romeronu heyətinə qatmaq istəyir.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "Atletiko Madrid" Romeronun meneceri ilə təmas halındadır.

London klubu 27 yaşlı futbolçu üçün 70 milyon avro tələb edir.

Qeyd edək ki, Romeronun "Tottenhem"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.