Obameyanq yaxın günlərdə Səudiyyə klubu ilə müqavilə imzalayacaq
"Marsel"in hücumçusu Pier-Emerik Obameyanq karyerasını Asiyada davam etdirəcək.
Sportline.az Foot Mercato-ya istinadla xəbər verir ki, "Al-Qadisiya" klubu qabonlu futbolçunun transfer ilə bağlı "Marsel"lə razılığa gəlib.
Ötən mövsüm Fransa klubunun heyətində 51 oyuna çıxan hücumçu 30 qol və 11 asistlik performans göstərib.
35 yaşlı Obameyanq Uefa Avropa Liqası tarixinin ən çox qol vuran oyunçusu ünvanına sahibdir.
Qeyd edək ki, "Əl-Qadisiya" klubu daha əvvəl 'Real Madrid"də çıxış edən Naço Fernandezi transfer etdiyini açıqlamışdı.