"Avro-2016": Səbətlərin tərkibi bəllidir

Avropa çempionatında iştirak edəcək komandalar səbətlərə bölünüb. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, final mərhələsində iştirak edəcək 24 komanda 4 səbətə bölünüb.

1-ci səbət: İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika

2-ci səbət: İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna

3-cü səbət: Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan

4-cü səbət: Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya

Qeyd edək ki, Avropa çempionatının püşkatma mərasimi dekabrın 12-də Fransanın paytaxtı Parisdə təşkil olunacaq.