AVRO-2024: İngiltərə - Sloveniya matçının ən yaxşı oyunçusu müəyyənləşib
Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunun İngiltərə - Sloveniya matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportline.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Sloveniya millisinin yarımmüdafiəçisi Adam Qnezda Çerin matçın ən yaxşı futbolçusu adına layiq görülüb.
Qeyd edək ki, C qrupunda baş tutan qarşılşamada qol vurulmayıb. İngiltərə qrup lideri kimi növbəti mərhələyə adlayıb. Sloveniya isə ən yaxşı qrup üçüncüsü kimi pley-offda oynamaq hüququ qazanıb.