AVRO-2024: Kuman hədəflərini açıqladı

Niderland millisinin baş məşqçisi Ronald Kuman Avropa çempionatı ilə bağlı hədəflərini aççıqlayıb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis UEFA-nın saytına müsahibəsində baxımlı futbolla qələbə qazanmaq niyyətində olduqlarını bildirib.

"Biz qürurlu xalqıq. Biz baxımlı futbolla qələbə qazanmağı bəyənirik. Əlbəttə ki, bu, bəzi hallarda alınmır. Rumıniyaya çox ciddi yanaşırıq. Son oyunla müqayisədə bir qədər də artırıb istəyimizi reallaşdırmağa çalışacağıq", - deyə Kuman planlarından söz açıb.

Qeyd edək ki, Niderland millisi bu gün 1/8 final matçında Rumıniya ilə qarşılaşacaq.