AVRO 2024: Serb azarkeşlər Danimarka ilə matçından əvvəl polisə şüşə atıblar
Münxendə serb azarkeşlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında gərginlik yaşanıb. Bir neçə nəfər saxlanılıb.
Sportline.az Telegraf.rs-ya istinadla xəbər verir ki, asayiş keşikçiləri azarkeşlərə tərəf hərəkət edərkən Serbiya millisinin fanatları polisə şüşə atmağa başlayıb.Buna cavab olaraq polis bibər qazından istifadə edib. Bir müddət sonra Münxen küçələrində vəziyyət sakitləşib.
Serbiya millisi bu gün C qrupunun 3-cü tur oyununda Danimarka ilə qarşılaşacaq.Alianz Arenada keçiriləcək görüş saat 23:00-da start götürəcək.Matçı fransalı hakim Fransua Leteksie idarə edəcək.
Qeyd edək ki, Serbiya millisi növbəti mərhələyə yüksəlmək üçün bu görüşdə mütləq qələbə qazanmalıdır.Danimarkaya isə bərabərlik də kifayət edə bilər.