Avrokubok finalı İstanbulda keçirilə bilər
2026-2027-ci il mövsümündə Avropa Liqası və ya UEFA Konfrans Liqası turnirinin final matçı İstanbulda keçirilə bilər.
Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, bununla bağlı Türkiye Futbol Federasiyası tərəfindən UEFA-ya müraciət ünvanlanıb.
Qurumun son toplantısında "Beşiktaş Park" arenanın final oyununu qəbul etməyə hazır olduğu və UEFA-ya təklif edilmsi haqqında qərar qəbul olunub.
Qeyd edək ki, UEFA bu məsələ ilə bağlı qərarı 2024-cü ilin mayında açıqlayacaq.