Avroliqada həftənin oyunçusu

UEFA Avropa Liqasında final matçından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb. 

Sportline.az xəbər verir ki, bu ada "Sevilya"nın hücumçusu Luk de Yonq layiq görülüb. O, İtaliya "İnter"ini 3:2 hesabı ilə məğlub etdikləri görüşdə 2 qol vurub.  

"Sevilya" tarixində 6-cı dəfə Avropa Liqasını qazanmaqla özünəməxsus rekordu yeniləyib.