Avropa Badminton Birliyinin növbəti Konqresi Bakıda keçiriləcək

Maltanın paytaxtı Vallettada Avropa Badminton Birliyinin Konqresi keçirilib.

Sportline.az xəbər verir ki, tədbirdə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və vitse-prezident Aynur Səmədova da iştirak ediblər.

Tədbirin qala gecəsindən sonra növbəti ilin konqresinin Bakıda keçirilmə təklifi yetkinliklə qəbul edilib və “Baku-2023 BEC Congress” estafeti T. Ziyadova təqdim edilib.