Avropa çempionatı: Azərbaycanın daha 2 taekvondoçusu mübarizəyə başlayır

Azərbaycanın daha 2 taekvondoçusu bu gün Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında mübarizəyə başlayacaq.

Sportline.az xəbər verir ki, 58 kq çəki dərəcəsində çıxış edən Pərviz İskəndərov və 87 kq-da yer alan Milad Beigi Hərçəqani dayanq üzərinə çıxacaq.

İskəndərov ilk görüşünü fransalı Sirian Ravetə, Avropa və ikiqat dünya çempionu, Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Hərçəqani isə yunanıstanlı Yannis Papadopulosa qarşı keçirəcək.

Bu gün həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayacaq. 70 kq-dakı İmaməddin Xəlilov özbəkistanlı Asilbek Husanovu sınağa çəkəcək.

Qeyd edək ki, ilk yarış günündə parataekvondoçulardan Sabir Zeynalov bürünc medal qazanıb.