Avropa çempionatı onlayn olacaq

Azərbaycan şahmatçıları Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə keçiriləcək onlayn qitə çempionatında iştirak edəcəklər. 

Sportline.az "Report"a istinadən xəbər verir ki, yarışa qatılmaq istəyən şahmatçılar fərdi qaydada qeydiyyatdan keçə bilərlər.

Son qeydiyyat müddəti mayın 14-də başa çatacaq. İndiyədək Azərbaycanın 19, ümumilikdə isə 800 şahmatçısı Avropa çempionatı üçün qeydiyyatdan keçib. 

16 - 31 mayda keçiriləcək Avropa çempionatında 48 ölkənin şahmatçıları yarışacaq. Burada müxtəlif aşağı yaş kateqoriyalarında da qaliblər bəlli olacaq.