Avropa çempionatına yollanacaq Azərbaycan seçməsinin heyəti müəyyənləşib
Bolqarıstanın paytaxtı Sofiyada 21 yaşadək taekvondoçular arasında keçiriləcək Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən SportLine.az saytına verilən məlumata görə, aprelin 6-da startı veriləcək qitə birinciliyinə məşqçi Elnur Amanovun rəhbərliyi altında 7 idmançı yollanacaq.
Heyətdə Fizam Mehtiyev (58 kq), Məmmədalı Quliyev (63 kq), Əliəsgər Əliyev (68 kq), Səid Quliyev (74 kq), Paniz İsmayılpur (46 kq), Gülhanım Yeşildal (53 kq) və Daria Şkurko (67 kq) yer alıb. Üç gün davam edəcək çempionatda beynəlxalq dərəcəli hakim Elşad Məmmədov görüşləri idarə edəcək.
Qeyd edək ki, Avropa birinciliyinə aprelin 9-da yekun vurulacaq.