Avropa çempionatına yollanacaq heyət bilindi

Gənc taekvondoçulardan ibarət milli komandanın oktyabrın 6-da Latviyanın paytaxtı Riqada başlanacaq Olimpiya çəkiləri üzrə Avropa çempionatı üçün heyəti müəyyənləşib.

Federasiyadan Sportline.az saytına verilən məlumata görə, 2 gün davam edəcək yarışda seçmənin 6 üzvü mübarizə aparacaq.

Azərbaycanı qitə çempionatında baş məşqçi Məmməd Abdullayevin rəhərliyi altında Xıdır Məmmədov (48 kq), Nihad Məmmədzadə (55 kq), Nizami Hacıyev (63), Vaqif Hacıyev (73 kq), Zemfira Həsənzadə (44 kq) və Nərgiz Kazımova (49 kq) təmsil edəcəklər.

Milli komanda artıq turnirin hazırlığına başlayıb. Federasiyanın idman zalında təşkil olunan təlim-məşq toplanışı oktyabrın 3-də başa çatacaq. Komanda Riqaya oktyabrın 4-də yollanacaq.