Avropa çempionatında daha 2 medal şansı

Latviya paytaxtı Riqada güləşçilərin Avropa çempionatı davam edir. 
Bu gün xalça üzərinə çıxan 4 idmançımızdan 2-sinin medal qazanmaq  imkanı var. Qadınların yarışındakı təmsilçimiz Yuliya Ratkeviçlə sərbəst güləşçimiz Ağahüseyn Mustafayev yarımfinaladək inamla irəliləsə də finala adlaya bilməyib. Onlar bürünc medal uğrunda görüşdə təsəli tapmağa çalışacaqlar. Olimpiya və dünya çempionumuz Şərif Şərifovla qadın güləşçimiz Anjela Doroqan isə Riqadan əliboş dönəcək. Şərif zədə üzündən yarışa qatıla bilməydiyi halda, Doroqan startdaca uduzduğu rəqibi finala adlaya bilmədiyindən mübarizəni dayandırıb. Xatırladaq ki, yarışın ilk günündə qadın güləşçimiz Mariya Stadnik qızıl, sırbıst güləşçimiz Aleksandr Qostiyev isə gümüş medala layiq görülüb.