Millimiz Portuqaliya və Belçika ilə eyni qrupda

Bakıda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının püşkatma mərasimi keçirilib. SportLine.az sizi nəticələrlə tanış edir:

A qrupu

Azərbaycan
Şotlandiya
Belçika
Portuqaliya

B qrupu

Ukrayna
Almaniya
Avstriya
Bosniya-Herseqovina

C qrupu

Fransa
Danimarka
İngiltərə
İsveç

D qrupu

İtaliya
Serbiya
Hollandiya
İspaniya

***

Bakıda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının püşkatma mərasimi keçiriləcək. SportLine.az xəbər verir ki, yarışda iştirak edəcək 16 komanda 4 qrupa bölünəcək.

Püşkatmada yalnız Azərbaycan seçməsi iştirak etməyəcək. Reqlamentə əsasən ev sahibi seçmə "A" qrupunun 1-ci komandası olacaq.

Mərasimdən öncə iştirakçılar iki səbətə bölünüb:

A səbəti

Danimarka
Ukrayna
İtaliya
Almaniya
Portuqaliya
Fransa
Serbiya

B səbəti

Belçika
Şotlandiya
İngiltərə
Bosniya və Herseqovina
Hollandiya
İsveç
Avstriya
İspaniya

Püşkatmadan sonra qrup mərhələsinin təqvimi də bəlli olacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək mərasim saat 12:30-da başlayacaq.