Avropa çempionatının son günündə daha bir medal
İsveçrənin Montrö şəhərində böyüklər arasında keçirilən Avropa çempionatına yekun vurulub. Taekvondo Federasiyasından SportLine.az saytına verilən məlumata görə, yarışın son günü kişilərdən ibarət seçmə komandamızın iki üzvü: -87 kq çəki dərəcəsində Payam Qobadi Oğaz və Radik İsaev (+87 kq) mübarizəyə qoşulub.
Nikola Bojo (Xorvatiya), MBar NDiaye (Fransa) və Damin Samsunu (Böyük Britaniya) yarışdan kənarlaşdıran Payam, yarımfinalda Rusiyalı Vladislav Larinlə qarşılaşıb. Həlledici görüşə vəsiqə uğrunda döyüşdən məğlub ayrılan həmyerlimiz yarışın bürünc medalı ilə kifayətlənməli olub.
Raidik İsaev isə ilk döyüşündə Ukraynalı dayanq ustası Mixailo Şelestə minumal hesabla (4-5) məğlub olaraq çempionatla erkən vidalaşıb.
Beləliklə, komandamız, 37 ölkədən 387 taekvondoçunun qatıldığı Avropa çempionatından 3 medalla qayıdır. Millinin üzvlərindən Rio Yay Olimpiya Oyunlarının lisenziya sahibləri, 80 kq-dək çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqani qızıl, Patimat Abakarova (-53 kq) gümüş, Payam Qobadi Oğaz (-87 kq) isə aktivinə bürünc medal əlavə edib.