Avropa çempionu dünyasını dəyişdi

SSRİ yığmasının heyətində AÇ-1960-ın qalibi olan Viktor Ponedelnik vəfat edib.
 
Sportline.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Keçmiş hücumçu 83 yaşında dünyasını dəyişib.
 
Qeyd edək ki, Ponedelnik AÇ-1960-ın SSRİ ilə Yuqoslaviya yığmaları arasında keçirilən final matçında (2:1) komandasına qələbə qazandıran qolun müəllifi olub.