Avropa Klubları Assosiasiyasına yeni rəhbər seçildi

Fransa PSJ-sinin prezidenti Nasser Əl-Xəlafi Avropa Klubları Assosiasiyasının (ECA) rəhbəri seçilib.

Sportline.az xəbər verir ki, Nasser Əl-Xəlafi bu vəzifədə Avropa Super Liqası ilə bağlı istefa vermiş “Yuventus” futbol klubunun prezidenti Andrea Anyellini əvəzləyib.

Xatırladaq ki, 47 yaşlı Nasser Əl-Xəlafi PSJ-nin 2011-ci ildən rəhbəri olmaqla yanaşı UEFA direktorlar şurasının üzvüdür. O, “beIN Media Group”un baş icraçı direktorudur.