Avropa Kuboku: Cüdoçularımızdan ilk gündə 10 medal
Göygöldə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turnirinin ilk günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 7 bürünc medal əldə edib.
Sportline.az xəbər verir ki, qızların yarışında -40 kq., -44 kq., 48 kq. və -52 kq. çəki dərəcəsində oğlanların yarışında isə -50 kq., -55 kq., 60 kq. və -66 kq. çəki dərəcələrində medalçılar bəlli olub.
Oğlanlar arasında -50 kq. çəkidə Məhəmmədəli Hüsiyev və -55 kq. çəkidə Nihad Məmişov qızıl medal əldə ediblər. -60 kq. çəkidə Fərid Qarayev gümüş medal, Özqan Quliyev bürünc medal qazanıb. -66 kq. çəkidə Ramil Mahmudov və Səlim Sultanov bürünc medala sahib olub.
Qızlar arasında -40 kq. çəkidə Xədicə Abdullayeva, -44 kq. çəkidə Leyla Ələkbərova, -52 kq. çəkidə Aysun Məmmədova və Səmayə Yusifli bürünc medal qazanıb.