Avropa Liqası: 1/8 finala yekun vuruldu

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Sportline.az xəbər verir ki, ikinci oyun günündə dörd matç keçirilib. "Bayer" "Reyncers"i, "Sevilya" "Roma"nı,  "Bazel" "Ayntraxt"ı, "Vulverhempton" isə "Olimpiakos"u məğlub edərək 1/4 finala yüksəlib.

Qeyd edək ki, dünən "Şaxtyor", "Kopenhagen", "İnter" və "Mançester Yunayted" 1/4 finala vəsiqə qazanmışdı.

6 avqust

1/8 final mərhələsi, cavab oyunları

20:55. "Bayer" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:0
Qol:
 Diabi, 51
İlk oyun - 3:1

20:55. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) - 2:0
Qollar:
 Requilon, 22, En-Nesiri, 44
İlk oyun keçirilməyib

23:00. "Bazel" (İsveçrə) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 1:0
Qol: 
Frey, 88
İlk oyun - 3:0

23:00. "Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 1:0
Qol
: Ximenes, 8-pen
İlk oyun - 1:1

1/4 finalın cütləri

"Vulverhempton" (İngiltərə) - "Sevilya" (İspaniya)
"Şaxtyor" (Ukrayna) - "Bazel" (İsveçrə)
"İnter" (İtaliya) - "Bayer" (Almaniya)
"Mançester Yunayted" (İngiltərə) - "Kopenhagen" (Danimarka)