Avropa Liqası: "Bayer" 1/4 finalda

Avropa Liqasında 1/8 final yekunlaşmaq üzrədir.

Sportline.az xəbər verir ki, səfərdə 3:1 hesabı ilə qələbə qazanan “Bayer” bu dəfə “Reyncers”lə öz meydanında qarşılaşıb. Leverkuzen təmsilçisinin üstünlüyü ilə keçən oyunun ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra hücumlarını daha da gücləndirən Almaniya təmsilçisi 51-ci qonaqların müqavimətini qırıb. Musa Diabi hədəfdən yayınmayıb. Minimal hesabla qalib gələn “Bayer” 14 finala yüksəlib.