Avropa Liqası: "Bazel" "Ayntraxt" səddini aşdı

Avropa Liqasında 1/8 final yekunlaşdı.

Sportline.az xəbər verir ki, səfərdə 3:0 hesabı ilə qələbə qazanan “Bazel” bu dəfə “Ayntraxt”la öz meydanında qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən oyunda yalnız 1 qol vurulub. 88-ci dəqiqədə meydan sahiblərindən Fabian Frey fərqlənib. İki oyunun nəticəsinə görə 4:0 hesabı ilə qalib gələn “Bazel” ¼ finaldadır.